Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.//Report
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ