Onlayn ictimai-siyasi qəzet
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin vəziyyəti orta ağır olaraq qalır.
Bu barədə Pravda.az-a onun oğlu məlumat verib.
“Atam dörd gündür, komadadır, səhhətində heç bir irəliləyiş yoxdur, oyanmayıb. Həkimlər əllərindən gələni edirlər. Çalışırlar, septik şokdadır”, - o bildirib.
Nizaməddin Şəmsizadə hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. O, uzun müddətdir dializ və şəkər xəstəliyindən əziyyət çəkir.
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ