Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda paraşütlə uçan küveytli qadın sahilə düşüb və həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə iyulun 4-də Batumidə baş verib. Qeyd olunur ki, turistin yıxılmasına məşhur kurort şəhərində müşahidə olunan güclü külək səbəb olub.
Qadın əri ilə birlikdə uçuş edirmiş, onların paraşütü kanatla qayığa bağlı olub. Onlr sahilə yaxınlaşanda sərt külək paraşütü sahilə çırpıb. Kişi çoxsaylı xəsarətlərlə yerli xəstəxanaya çatdırılsa da, qadını xilas etmək mümkün olmayıb.
Hadisə yerində xilasedicilər və polis çalışıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ