İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır. Payız ölkədə koronavirusa yoluxma hallarının artımında pik nöqtəsi olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, professor Tenqiz Çerçvadze söyləyib.

Onun sözlərinə görə, son zamanlar Gürcüstanda da koronavirusa yeni yoluxma hallarında əhəmiyyətli artım müşahidə olunur.

Bildirilib ki, əvvəllər gündə orta hesabla 100 yeni yoluxma halı qeydə alınırdısa, indi bu rəqəm 700-ə çatıb. Yoluxanların da böyük əksəriyyəti, xüsusilə xaricə səyahət edən insanlardır.

“İndi də yay, yəni aktiv turizm mövsümüdür və biz payızda COVID-ə yoluxma hallarının artacağını gözləyirik”, – deyə direktor vurğulayıb.

T.Tertsvadze deyib: “Biz hamımız COVID pandemiyası şəraitində təhlükəsiz yaşamağı və işləməyi öyrənməliyik. Bütün COVID klinikalarına və "onlayn" klinikalara lazımi göstəriş olduqda remdesivir və ya paxloviddən vaxtında istifadə etmək tövsiyə olunur. Bununla da biz minlərlə COVID xəstəsinin həyatını xilas etmiş olacağıq".

O, ictimaiyyəti ayıq olmağa, peyvənd olunmağa və maskalardan aktiv istifadə etməyə çağırıb.

Qeyd edək ki, son həftə ərzində (iyunun 27-dən iyulun 3-dək) Gürcüstanda daha 2 570 nəfər koronavirusa yoluxb, 3 nəfər ölüb.

Hesabat dövründə 1 103 nəfər müalicə olunaraq sağalıb.

Gürcüstanda indiyədək COVID-19 infeksiyasına ümumilikdə 1 662 299 nəfər yoluxub. Onların da 1 643 579-u sağalıb, 16 844-ü pandemiyanın qurbanı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR