İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 5 nəfəri öldürən şəxs hərbçi olub

Gürcüstanda silahlı insident törədərək intihar edən 1974-cü il təvəllüdlü N. A. 2006-cı ildən 2021-ci ilədək Gürcüstan silahlı qüvvələrinin hərbçisi olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, həmin şəxs Gürcüstanın Əfqanıstandakı missiyasında da xidmət edib.

Nazirin sözlərinə görə, xüsusi təyinatlılar həmin şəxsin evinə daxil olarkən, o, odlu silahdan atəş açaraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, N.A.-nın psixoloji problemləri olub və bir müddətdir ki, müalicə alıb. İnsident zamanı öz oğlunu girov götürsə də, oğlu evdən gizlincə qaça bilib. Qonşularının sözlərinə görə, insidenti törədən şəxs gecə fasilələrlə yaşadığı mənzilin hər iki eyvanından atəş açmağa başlayıb və atəş səsinə görə bayıra çıxan qonşularını vurmağa başlayıb. Nəticədə, 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Ölənlərdən dördü onun qonşusu, biri isə polisdir.

Keçmiş hərbçinin yaralılara kömək üçün çağırılan təcili yardım briqadasına da atəş açdığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR