İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstana getmək istəyənlərəŞAD XƏBƏR

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
 
Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan vətəndaşlar üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.

Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədlərini açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla getməyə hələlik icazə verilmir. Bu səbəbdən Gürcüstan və Azərbaycan vətəndaşları yalnız hava yolundan istifadə edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR