İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan XİN: Münxen konfransının İvanişvili ilə bağlı hesabatı qərəzlidir

Münxen Təhlükəsizlik Konfransında hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin “rusiyayönümlü oliqarx” adlandırılması reallığı əks etdirmir və siyasi cəhətdən qərəzlidir.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri İlya Darçiaşvili deyib.

Konfransın hazırladığı 2024-cü il hesabatında bildirilib ki, milyarder İvanişvili “rusiyayönümlü oliqarx”dır və gürcü cəmiyyətinin əksəriyyətinin istəklərinə zidd olaraq Gürcüstanın demokratiya kursundan geri çəkilməsinə və ölkənin Avropa İttifaqından uzaqlaşmasına görə məsuliyyət daşıyır.

“Bir neçə gün əvvəl dərc olunmuş hesabatla bağlı icraçı direktorla (Benedikt Franke) danışdım. Konkret hesabatda verilən və ekspert rəyinə əsaslanan bu qiymətləndirmə reallığı əks etdirmir və siyasi cəhətdən qərəzlidir”, - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR