Onlayn ictimai-siyasi qəzet
Pekində təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Məlumatda bildirilir ki, Pekində təhlükəsizlik tədbirləri Tiananmen meydanında gözlənilən hərbi parad və xarici liderlərin iştirak edəcəyi digər bayram tədbirləri fonunda gücləndirilib.
Parad sabah Çin xalqının Yaponiyaya qarşı Müqavimət Müharibəsində və İkinci Dünya Müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçiriləcək.
Tiananmen meydanında təntənəli tədbirlər Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ