İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin gənc hüquqşünaslarını birləşdirən təşkilat 2 yaşında 

“Femida Könüllüləri” Təşkilatının yaranmasından 2 il ötür.

Musavat.com xəbər verir ki, təşkilat ötən müddət ərzində ümumilikdə 1200-dən çox, sayca cəmiyyətdə azlıq təşkil edən, rəqabətədavamlı qrupa məxsus olan, müxtəlif təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan və ya bu ixtisas üzrə məzun olmuş hüquqşünas gəncləri bir araya gətirib.

Gənclərin müasir əmək bazarının tələblərinə uyğun, peşəkar hüquqşünaslar kimi inkişaf etmələri üçün onların bilik və bacarıqlarının artırılmasına yönəlmiş 20-dən çox müxtəlif layihə həyata keçirib.

Təşkilat gənclərin hüquqi savadlılığının artırılması və peşəkar inkişafına töhfə vermək, eləcə də onların uğur yolunda ilk addımlarına dəstək olmaq üçün çalışıb. Bundan əlavə, gələcəyin hüquqşünasları olan gənclərlə birlikdə cəmiyyətin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi istiqamətində 50 mindən çox vətəndaşı əhatə edən çoxsaylı layihələr təşkil edib. Bu iki il “Femida Könüllüləri” Təşkilatı üçün yolun sadəcə başlanğıcı olub.

Təşkilat bundan sonrakı fəaliyyətində də əsas məqsəd kimi, ölkədə hüquqşünas gənclərin peşəkar inkişafına, cəmiyyətin hüquqi cəhətdən daha da maarifləndirilməsinə, vətənpərvər, dövlətinə bağlı, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edib tətbiq edə bilən gənc hüquqşünaslar şəbəkəsinin formalaşdırılmasını qarşısına məqsəd qoyub.

Təşkilat yaranması və fəaliyyətində ona daim dəstək olan başda Azərbaycan Respublikasının Ali Məhkəməsi olmaqla, bütün dövlət və qeyri-dövlət qurumlarına, KİV-lərə, eləcə də digər gənclər və könüllü təşkilatlara təşəkkürünü bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR