İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gürcüstan saziş imzalamır, "Abxaziya" ilə müharibə ehtimalı yüksəkdir " - Ardzinba

Tanınmamış Abxaziyanın “xarici işlər naziri” Gürcüstanla müharibə ehtimalı barədə danışıb.

Konkret.az xəbər verir ki, bu barədə İnal Ardzinba RİA Novosti-yə müsahibəsində deyib. O, Gürcüstanla silahlı toqquşma ehtimalı ilə bağlı sualı cavablandırıb.

Ardzinba bildirib ki, “Abxaziya” hakimiyyəti gücdən istifadə etməmək haqqında müqavilə imzalanana qədər Gürcüstanla müharibə ehtimalını yüksək hesab edəcək. Onlar bunu oktyabrın əvvəlində, Cenevrə müzakirələrinin növbəti raundu zamanı etməyə hazırdırlar.

“Gürcüstanla Cenevrə müzakirələri platformasında güc tətbiq etməmək haqqında saziş imzalayana qədər biz müharibə ehtimalını yüksək hesab edəcəyik. Gürcüstan bu müqaviləni imzalamır və biz fikirləşirik ki, müharıbə olacaq”, – Ardzinba deyib.

O vurğulayıb ki, “Abxaziya” hakimiyyəti Gürcüstanda döyüş kəşfiyyatı PUA-larının tədarükü ilə bağlı müqavilələrin necə artdığını, NATO ilə əlaqələrin necə genişləndiyini və ABŞ-la birgə təlimlərin necə getdiyini izləyir. Bundan əlavə, “Abxaziya” görür ki, Gürcüstan dövlət büdcəsində hərbi xərcləri yüksək səviyyədə saxlayır – təxminən 300 milyon dollar.

“Oktyabrın əvvəlində, ehtimal ki, 5-6-da Cenevrə müzakirələrinin növbəti raundu planlaşdırılır. Fikrimcə, bu, Gürcüstanla güc tətbiq etməmək haqqında saziş imzalamaq üçün gözəl fürsətdir. Əgər Gürcüstan sülh ruhundadırsa, o zaman bu müqaviləni imzalayacaq. Əgər Gürcüstan sülh əhval-ruhiyyəsində deyilsə, o zaman bu müqaviləni imzalamayacaq. Rəsmi olaraq bəyan edə bilərəm ki, biz bu sazişi imzalamağa hazırıq”, – deyə o, fikrini yekunlaşdırıb.

Onun sözlərinə görə, ABŞ artıq Gürcüstana ikinci cəbhənin açılması üçün təzyiq göstərir. Ardzinba əlavə edib ki, regiondakı geosiyasi vəziyyət “Abxaziya” rəhbəri Aslan Bjaniyanın nəzarətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR