İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiya ilə müharibəyə cəlb edilib? - SENSASİYA

Kiyev Tbilisidən 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket komplekslərini geri qaytarmasını xahiş edib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilmiş məqaləsində bildirilib.

“Ukrayna tərəfi bütün beynəlxalq tərəfdaşlara, o cümlədən Gürcüstana silah, hərbi texnika və döyüş sursatının verilməsi ilə bağlı müraciətlərində ardıcıldır və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının lap əvvəlində silaha həyati ehtiyac duyduğunu açıq şəkildə bəyan edib”, - deyə məqalədə qeyd olunub.

Kasyanov vurğulayıb ki, Ukraynanın müraciətinə ABŞ-ın Gürcüstana təhvil verdiyi “Javelin” tank əleyhinə sistemləri də daxil olub. Diplomat Gürcüstanın Rusiya ilə müharibəyə cəlb edilməsi cəhdi ilə bağlı hər hansı ittihamı rədd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR