İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidenti xarici qrantları qadağan edən qanunu imzaladı

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Qanuna əsasən, ölkədə hökumətin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur.

Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq. 

Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.

Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək.

Rəsmilər bu addımın dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumağa yönəldiyini bildirirlər.

Qeyd edək ki, bu qanun ictimaiyyət və beynəlxalq təşkilatlar arasında da geniş müzakirələrə səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri qanunun QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdıracağına dair narahatlıqlarını ifadə edirlər. Hökumət isə qanunun əsas məqsədinin dövlət institutlarını qorumaq olduğunu bəyan edir.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 16-da “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna dəyişikliklərə sürətləndirilmiş qaydada baxıb və layihə üçüncü oxunuşda 80 səslə qəbul edilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR