İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan MSK-dan AÇIQLAMA - “Gürcü Arzusu” irəlidədir

Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatları açıqlanıb.

Musavat.com xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.

Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib.

Hakim partiya ölkə parlamentindəki 150 yerdən 90-a yaxınını aldığını iddia edir.

Parlamentə həmçinin 4 müxalifət partiyası da daxil olur:

”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərini etibarlı hesab edib. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən bəzi ərazilərdə qanun pozuntuları qeydə alınıb, araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR