İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hökuməti bu mühüm layihənin icrasını Naxçıvan inşaatçılarına həvalə edib - FOTO+VİDEO

Bir neçə aydır ki, tanınmış iş adamı Emin Uçarın rəhbərlik etdiyi şirkətlər barədə qara piar kampaniyası aparılır. İş adamının təsisçisi olduğu “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaydığı rəsmi açıqlamalar belə deməyə əsas verir. İddia olunur ki, sahibkarın təsisçisi olduğu şirkətlər Naxçıvanda keyfiyyətsiz iş görüblər. Mütəxəssis olmadığımızdan həmin iddilara heç vaxt münasibət bildirməmiş, bu tikinti şirkətlərinin Naxçıvanda inşa etdiyi binaların, stansiyaların, yolların keyfiyyəti ilə bağlı fikir səsləndirməmişik.

Bu günlərdə obyektivliynə şübhə etmədiyim bir dövlət adamı ilə bu mövzuda müzakirə aparırdıq. Soruşdum ki, siz də indiki “Arkoz”un Naxçıvanda inşa etdiklərinin keyfiyyətsiz olduğuna inanırsınız?

Cavabı mənim üçün çox maraqlı oldu: “Gürcüstana gedin. Emin Uçarın rəhbəri olduğu daha bir tikinti şirkəti – “Magro Construction” qonşu ölkədə iri tikinti layihələri icra edir. Muxtar respublikada tikinti təcrübəsi qazanmış yüzlərlə naxçıvanlı orada çalışır. İndi mən sizdən soruşuram. Tikinti təcrübəsi olmayan, keyfiyyətsiz iş görən sahibkara Gürcüstanda iri layihələrin icrası həvalə olunardı?”

Açığı bu məlumat diqqətimi çəkdi. Xüsusilə Gürcüstandakı tikinti layihələrinin icrasında naxçıvanlıların iştirakı mənim üçün daha maraqlı idi.

Həmin şəxslə görüşdən sonra onun adını çəkdiyi şirkət barədə araşdırma apardım. Məlum oldu ki, “Arkoz” Holdinqin tərkibinə daxil olan “Magro Construction” Azərbaycanda da iri layihələr icra edir. Bu şirkət “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Çəndə Qələviləşdirmə Zavodunun inşasının əsas podratçısıdır. Yəni Emin Uçarın rəhbərlik etdiyi şirkətə təkcə Gürcüstanda deyil, Azərbaycanda da mühüm tikinti işləri həvalə olunub.

Bir az araşdırma apardıqdan sonra öyrəndik ki, “Magro Construction” Gürcüstanda Tbilisi-Saqarejo avtomobil yolunun inşası ilə məşğuldur.

Biz hesab edirdik ki, bu yolun inşasında 5-10 nəfər təcrübəli Naxçıvan inşaatçısı çalışır.

Faktı dəqiqləşdirmək üçün şirkətin təmsilçisi ilə əlaqə yaratdıq. Şirkət nümayəndəsinin dedikləri bizi daha da təəccübləndirdi. Sən demə, yolun tikintisini Naxçıvandan getmiş təcrübəli inşatçılar həyata keçirirmiş. Şirkətin nümayəndəsi dedi ki, Tbilisi-Saqarejo avtomobil yolunun tikintisində 300 nəfərə yaxın Naxçıvandan gəlmiş inşaatçılar çalışırlar: “İnanmırsınızsa, Tbilisiyə gəlin, burada görülən işlərlə, təcrübəli Naxçıvan inşaatçıları ilə tanış olun”.

Beləliklə, çəkiliş qrupumuzla Gürcüstanın paytaxtı Tbilisi şəhərinə yollandıq. Hava limanından üz tutduq birbaşa yol tikintisinin aparıldığı əraziyə.

409000014_733086142182957_516829158890383780_n

Hələ Gürcüstana getməmişdən əvvəl bu yolun tikintisi ilə bağlı qısa araşdırma aparmışdıq. Gürcüstan mediasında ölkənin regional inkişaf və infrastruktur naziri İrakli Karşeladzenin tikinti işlərinin keyfiyyətindən razılığını bildirdiyi barədə məlumatlarla tanış olmuşduq.

409029454_733086075516297_8839452086982911858_n

Biz tikinti aparılan əraziyə çatanda iş vaxtı yenicə başlamışdı. Ofis binasının önündə bizi qarşılayan iş icraçıları təklif etdilər ki, əvvəlcə ofisdə layihənin icrası barədə məlumat versinlər, sonra ərazidə çəkilişlərin aparılmasına başlayaq.

Türkiyə vətəndaşı olan mühəndislərlə tanışlıq zamanı öyrəndik ki, onlar uzun illər, Naxçıvanda yaşayıblar, Naxçıvan-Sədərək, Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının inşaasında çalışıblar.

Bizə məlumat verildi ki, Tbilisi-Saqarejo avtomobil yolunun uzunluğu 35 kilometrdir. Dünya Bankının maliyyələşdirdiyi bu layihənin ilk 4 kilometrini yerli şirkət icra edib.

409009098_733085808849657_1585955651625625677_n

Qalan 31 kilometrlik yol çəkilişi isə “Arkoz” Holdinqə həvalə edilib. Yolun 7 kilometrində əsas tikinti işləri başa çatdırılıb, 24 kilometrlik yolda isə inşaat işləri davam etdirilir. Mürəkkəb relyef yolun tikintisinə xüsusi diqqət yetirilməsini tələb edir. İnşaası əsasən tamamlanmış 7 kilometrlik yolun üzərində 17 körpü inşa olunub.

DJI_0263

Tbilisi-Saqarejo avtomobil yolu Gürcüstanın paytaxtını Kaxeti regionu ilə birləşdirən əsas magistral yolun bir hissəsidir. Bu yolun əhəmiyyəti həm də odur ki,  yol Azərbaycan sərhədinə qədər uzanır.

Bu məlumatlardan sonra tikintidə çalışan mütəxəssislər barədə soruşdum. Çünki yolun hansı keyfiyyətlə inşa olunması təcrübəli mütəxəssislərdən asılıdır.

Tikinti layihəsinin rəhbəri Hakan Yalçınkaya gülümsəyərək mənə bir qovluq verdi: “Bilirəm, Naxçıvandan gələn inşaatçıları soruşursunuz. Bu qovluqda Naxçıvandan bu tikintiyə dəvət edilmiş işçilərin siyahısı var. 270 nəfərdir. Onların hamısı öz işinin peşəkarıdır. Elə məhz təcrübələrinə, indiyədək keyfiyyətli iş gördüklərinə görə, bura dəvət ediliblər. Onlar burada Azərbaycanın keyfiyyət standartlarını tətbiq edirlər”.

Bu qısa söhbətimizdən sonra əraziyə çıxaraq tikintinin gedişi ilə tanış olduq. Həqiqətən də, burada xeyli naxçıvanlı ilə görüşdük. Naxçıvandan gələn inşaatçılar yol tikintisində müxtəlif sahələrdə çalışırlar. Babək rayon sakini Nizami Baxşəliyev, Ordubad rayon sakini Fazil Əliyev və Culfa rayon sakini Babək İsayevlə çalışdıqları ərazilərdə söhbətləşdik. Dedilər ki, şirkət təcrübələrini nəzərə alaraq, onları Gürcüstandakı yol çəkilişinə dəvət edib. Bəs onlar şirkətin yaratdığı şəraitdən razıdırlarmı? Gəlin, bu inşaatçıların gördüyü işlər, onlar üçün tikinti ərazisində necə şərait yaradıldığı barədə öz dillərindən eşidək.

Tikintidə öz peşəkarlıqları ilə seçilən naxçıvanlı mütəxəssislər arasında Babək rayon sakini Natiq Həsənov və Şərur rayon sakini Natiq Hüseynli barəsində iş icraçıları xeyli razılıqla danışdılar. Biz də həmin həmyerlilərimizdən müsahibə almaq qərarına gəldik.

Tbilisi-Saqarejo avtomobil yolunun tikintisində Gürcüstan vətəndaşları və qonşu ölkədə yaşayan azərbaycanlılar da çalışırlar. Şirkət Gürcüstan azərbaycanlılarını da yaddan çıxarmayıb.

Gürcüstan hökumətinin Dünya Bankının maliyyələşdirdiyi bu mühüm layihənin icrasını iki mərhələdə “Arkoz” Holdinqə həvalə etməsi onu deməyə əsas verir ki, şirkətin gördüyü işin keyfiyyəti qonşu ölkənin dövlət orqanlarını qane edib. Nə iş gördüyü bəlli olmayan, özünü xüsusi səlahiyyətli şəxs kimi aparanların “Arkoz”un tikinti şirkətlərinin fəaliyyətinə dil uzatmasının ən yaxşı cavabı Gürcüstandakı yol çəkilişidir. Hər halda Avropa Birliyinə qəbul olunmağa iddialı olan, buna görə də hər işdə Avropa standartlarını tətbiq edən Gürcüstan hökuməti “Arkoz”un fəaliyyətini “təftiş etməyə” çalışanlardan daha ağılsız deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR