Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze eks-prezident Mixail Saakaşvilini bəyanatlarında diqqətli olmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə müsahibəsində danışıb.
Qeyd edək ki, bundan əvvəl Saakaşvili hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin Suriyanın keçmiş lideri Bəşər Əsəd kimi ölkəni tərk etməsini istədiyini bildirib.
Videobağlantı vasitəsilə məhkəmə iclasında çıxışı edən Saakaşvili “gürcü xalqının İvanişvilinin evinə girib onun ev akvariumuna heyran qalmayana qədər” Gürcüstanda azad seçkilər baş tutmayacağını söyləyib. Saakaşvilinin sözlərinə görə, “bu vaxt çox yaxında gələcək, çünki İvanişvili hələ də akvariumunu yoxlamaqdan yayınmaq şansının olduğunu başa düşmür”.
“Mən Saakaşvilini daha diqqətli olmağa çağıraram, onun bütün bəyanatları boş sözlərdir, Saakaşvili özünün qayğısına qalmalıdır,” – deyə Kobaxidze Saakaşvilinin bəyanatına bu sözlərlə münasibət bildirib.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ