Onlayn ictimai-siyasi qəzet
Qarabağa birinci dəfədir gəlirəm. Buna görə, ilk növbədə, Müzəffər Ali Baş Komandana - Prezident İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna minnətdaram. Bu torpaqlar uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfa arzulayıram.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov söyləyib.
O qeyd edib ki, Qarabağda inşa edilən yollar, aparılan tikinti quruculuq işləri Azərbaycanın inkişaf etdiyini göstərir.
“Biz bu yerləri hər zaman mətbuatdan izləyirdik. İlk dəfə Qarabağa qədəm qoyduğum üçün keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Bura gələndə digər yoldaşlarım kimi mənim də gözlərimdən yaş süzüldü, amma bu, sevinc göz yaşları idi”, - deyə İsaq Novruzov bildirib.
O əlavə edib: “Azərbaycan özünün inkişaf yolundadır, uzun illər işğalda qalan torpaqlarını azad edib və bu yerlərə yenidən həyat qayıdır. Bütün bunlar biz Gürcüstan azərbaycanlılarını da çox sevindirir. Artıq işğaldan azad olunan ərazilərin sakinləri doğma yurdlarına qovuşub və hazırda quruculuq işləri davam etdirilir. Bütün gördüklərimiz onu deməyə əsas verir ki, digər sakinlər də tezliklə öz doğma elinə, obasına qayıdacaqlar və firavan həyatlarına davam edəcəklər”.
08 Noyabr 2024
02:44 Putin Tramp və Qərb liderləri ilə münasibətlərdən danışdı: "Hər şey normal idi, amma onlar...”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ