İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Onun böyük ürəyi - qardaş harayına yüyürən adam

Burası Bakı. Bu köhnə avtomobilə yüklənmiş yorğan-döşəyin hara, nəyə görə apardığını bilmək üçün baş sındırmağa ehtiyac yoxdur. Sürücünün başı üstündən qalxan bayraq onu aydın göstərir. 

Adam yardıma, haraya qaçır - doğma qardaşının evi yansa, bacısı quru yurdda qalsa da belə edərdi, əlinə keçəni, gümanı gələni öz köhnə avtomobilinə yükləyər, haraya gedərdi.

O, milyonçu deyil, bəlkə də kasıblıq həddindən aşağıda yaşayan biridir. Bir az imkanı olsa avtomobilini sazlatdırar, maşınının üstündəki taxta döşəmə boyasını qaşıtdırıb, onu abıra salardı. Allah kasıbçılığın üzünü qara eləsin!

79ff3752-da97-4ebd-9298-08363c850792.jpg (137 KB)

Amma bu insanın böyük ürəyi var. O yardımsevərdir, qohum-qonşunun xeyrinə-şərinə yarayandır., hamıya əl tutandır. 

Belə ürəyə sahib həmvətənlərimiz varkən, bu ölkənin, eləcə də onun qardaşının sırtı yerə gəlməz.

Ürəyinə qurban, Vətən oğlu!

Qeyd: Bu yazı şəxsin kimliyi, fotonun kadrarxası bəlli olmayan anlarda qələmə alınıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR