İnsanlara hürriyət, millətlərə istiqlal!

“Günün birində bu ölkəyə Rusiyanın müdaxiləsi mümkündür”-politoloqdan şok açıqlama

“Qazaxıstan olayları zamanı Rusiyanın növbəti hədəfinin Özbəkistan olacağı söyləntiləri var idi. Sonrakı dönəmdə Rusiyanın başı Ukraynaya qarışdığından burada planlarını həyata keçirə bilmədi”.


Politoloq Qafar Çaxmaqlı bu fikirləri Özbəkistanda baş verən hadisələri Musavat.com-a şərh edərkən söylədi. Şərhçi baş verənlərin Türk birliyinin yolunun kəsilməsinə yönəlik qəsd olduğunu da təxmin edir: “Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının fəallaşması və Azərbaycanla və Türkiyə ilə Özbəkistanın artan əlaqələri Rusiyanı burada münaqişə yaratmaq planını güncəlləşdirdi. Qaraqalpaq Muxtariyyətində Rusiyanın şəbəkəsi etnik məsələni qızışdırmaqla buraya müdaxilə imkanı yaradıb. Özbək lider nə qədər onun qarşısını almaq tədbirini işə salsa da, burada gərginlik qalacaq”.

Qafar.jpg (15 KB)

Q.Çaxmaqlı hadisələrin daha pis məcraya adlayacağını güman edir: “Hansısa günün birində bu ölkəyə Rusiyanın müdaxiləsi mümkündür. Rusiya indi elə durumdadır ki, kor kimi sağa-sola yumruq atır. Həm də Ukrayna bataqlığından çıxa bilmədiyindən diqqəti başqa səmtə yönəltmək istəyir”.

Bununla belə, politoloq Özbəkistanda gərginliyi körükləyənləri təkcə Rusiyada axtarmağın tərəfdarı deyil: “Qərbin özü də Türk Dövlətlər Təşkilatının güclənməsini istəmir. Rusiyanın buradakı hərəkətlərinə göz yumacaq, reaksiyanın olmaması da bunun göstəricidir. Bu məsələyə Türkiyənin müdaxiləsi nə səviyyədə ola bilər, sualı ortaya çıxır. Məncə, Türk Dövlətlər Təşkilatı ciddi bir plan ortaya qoymalıdır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR