İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneydə 21 Azər günü ilə bağlı böyük aksiyalar gözlənilir 

Güney Azərbaycanda 21 Azər günü ilə bağlı böyük aksiyalar gözlənilir.

Bu barədə Musavat.com-a Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada bölümünün rəhbəri, politoloq Aslan İsabəyli məlumat verib. O bildirib ki, Güneydə gənclər molla rejiminə qarşı bu gecədən etibarən küçələrə çıxacaqlar.

A.İsabəyli söyləyib ki, molla rejimi güneyin bütün şəhərlərində internetə məhdudiyyət qoyub. Ona görə də aksiyaçıların bir-birləri ilə əlaqələri çətinləşib. Lakin buna baxmayaraq, 21 Azər günü hər kəs küçələrdə olacaq.

Aslan İsabəyli bildirib ki, Bozqurtlar qolu güneyin bütün şəhərlərində mütəşəkkil halda öz fəaliyyətinə başlayıb. Güneydə və İranda hadisələr ildırım sürəti ilə inkişaf edir, ardıcıl, müxtəlif çağırışlar verilir.

Azərbaycan Milli Müqavimət Cəbhəsi güneyli gənclərə səslənərək onları bu gecə küçələrə çıxmağa, Bütöv Azərbaycan üçün aksiyalara başlamağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR