İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney genofondumuzun qəsdinə duran İran... nə vaxt viran olacaq?

Mübarizə rejimin çöküşünədək davam edəcək, BMT-dəki nümayəndəmiz Güneyin haqq işini gündəmə gətirməlidir...

İran fars rejimi özünü qorumaq üçün ən vəhşi üsullara əl atmaqdan belə çəkinmir. O sırada gəncliyin gözünün odunu almaq üçün saxlanılan etirazçılara ağlasığmaz işgəncələr verilir, qadınlar həbs edilərək alçaldılır, zorlanır. Güneyli gənc fəallara qarşı isə antibəşəri rejim məxsusi qəddarlığı ilə seçilməkdədir.

Bu da növbəti qandonduran fakt. Fars-molla rejimi Cənubi Azərbaycanın Culfa şəhərindən olan 16 yaşlı gəncin gözlərini kor edib. Belə ki, mollanın başından əmmaməsini atdığı üçün tutulan və 10 gün həbsdə qalan yeniyetmə Ərşiyyə İmamqolizadə Ələmdari girov müqabilində noyabrın 26-sı azadlığa buraxılsa da, 10 gün ərzində işgəncələrə məruz qalan gəncin gözləri kor olub. Buna dözməyən Ərşiyyə İmamqolizadə intihar edib.

İranda etirazlar səngimir: 344 nümayişçi öldürülüb, 15 820 nəfər saxlanılıb  » Gundelik-Baku.Com

26 yaşlı azərbaycanlı Səhənd Nurməhəmmədzadə isə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum olunub. Xəbəri “Azad İran” Teleqram kanalı yayıb (bütövlükdə 21 etirazçı haqda edam hökmü çıxarılıb). Məlumata görə, o, etiraz aksiyalarında zibil qutularını yandıraraq yolu bağlamaqda və ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

Zibil yandırmağa görə ölüm hökmü... Ümumiyyətlə, İslam ölüm hökmünü hansı hallarda nəzərdə tutur?

Hay-küylü xəbər başlığı ilə oxucunu bir dəfə aldatmaq olar" - 30.06.2017,  Sputnik Azərbaycan

Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli qəzetimizə bildirdi ki, İranın etirazçılar barəsində edam hökmü çıxartması sırf siyasi xarakter daşıyır: “Hər  kəsə məlumdur ki, hakim rejim etirazçıların mübarizəsini boğmaq, cəmiyyətdə xof yaratmaq üçün bu cür edam qərarları çıxarır. Yəni bu, dini yox, siyasi xarakter daşıyır. Hər halda, Qurani-Kərimdə belə bir ayə var ki, ”bir insanı öldürmək, bəşəriyyəti öldürmək kimidir".

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə qeyd etdi: “İranda molla rejimi tərəfindən insan hüquqları və azadlıqlarının fundamental şəkildə pozmaqda davam edir. Təbii ki, baş verən hadisələri, insanlara qarşı bu cür zorakılıqları, vəhşilikləri həyəcanla izləyirik. Bununla bağlı bu yaxınlarda BMT-də bir çağırış oldu və biz bunu çox yüksək dəyərləndiririk”.

Çingiz Qənizadə bildirdi ki, İran qapalı ölkədir və buna görə də orada hansısa hüquq müdafiəçiləri və yaxud insanlarla əlaqə saxlamaq hazırda qeyri-mümkündür: “Bu baxımdan biz daha çox Avropa institutları ilə işləməyə üstünlük veririk və çox istəyirik ki, Qərb ölkələri, həmçinin BMT İrana qarşı daha ciddi addımların, sanksiyaların tətbiqinə başlasın. İran-fars rejimi azərbaycanlı soydaşlarımıza qarşı daha amansız və vəhşi addımlar atır. Ümumiyyətlə, İran hazırda İslam dini adı altında öz əhalisinə qarşı soyqırım törətməkdədir, hətta Güney Azərbaycan bölgəsinə ordu yeridilməsi faktları var. Buna görə də başda BMT olmaqla, Avropa dövlətləri, təşkilatları artıq sözdən işə keçməli,  İran-fars rejimini layiqli qaydada yerində oturtmalı və  hüquqların pozulan milyonlarla insanların yanında olmalıdır”.

Çingiz Qənizadə Prezidenti təbrik etdi Yeni Sabah

Çingiz Qənizadə

Əlbəttə ki, İranda allahsız, islam əxlaqına daban-dabana zidd vəhşi “məhkəmə” qərarları yüzlərlədir. Görəsən islami dəyələrə ləkə olan çürük fars rejimi öz əməllərinə görə nə vaxt “məhşər ayağı”na çəkiləcək, İran nə vaxt viran olacaq? Millətimizin qaymağını təşkil edən bu gəncləri necə xilas eləməli?

Məlum məsələdir ki, Tehran üsul-idarəsinin əsas hədəflərindən biri Cənubi Azərbaycanda ümumiyyətlə türk milli kimliyini məhv eləməkdir. Bu siyasət son on illiklərdə xüsusilə diqqət çəkir. Axı niyə azərbaycanlı, türk balası ilk dəfə məktəbə gedəndə sevinmək əvəzinə ağlamalıdır ki, fars müəllimin dilini anlamır? XXI əsrdə bu zülm, insanlığa həqarət daha nə qədər sürəcək? Bir ovuc erməninin onlarla məktəbi ola-ola, ölkə əhalisini yarısını təşkil edən 40 milyonluq xalq nədən öz yurdunda öz dilində təhsil ala bilməsin? Azərbaycan dövləti İran rejiminin bu şovinist, soydaşlarımızın milli kimliyini məhv eləməyə yönəlik assimilyasiya siyasətinə qarşı nələr edə bilər?

Ötən həftə ADA Universitetindəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə də toxunmuşdu. “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu bizi narahat edir”, - deyə Prezident qeyd eləmişdi və onu da vurğulamışdı ki, o taydakı azərbaycanlılar bizim xalqın bir hissəsidir.

Artıq ən yüksək səviyyədə, rəsmi səviyyədə səslənən bu tənqidlərin nəticəsi nəhayət, olacaqmı, yoxsa tək çıxış Güneydə mili dövlətin qurulmasıdır?

Millət vəkili Fəzail Ağamalı qeyd etdi ki, İran əslində bütün əməllərinə, düşüncə tərzinə, davranışlarına görə orta əsrlər dövrünü yaşayır: “İrandakı  insanların fundamental  hüquqları ayaqlar altındadır, qadınlar xüsusi olaraq ciddi təzyiq altında yaşayır, eyni zamanda, digər insanların da hüquq və azadlıqları birmənalı olaraq yoxdur. Nəticədə bu gün İranda yaşından, etnik  mənsubiyyətindən asılı olmayaraq, hər kəs ayaqdadır və hamısı molla rejiminə qarşı qətiyyətli mövqeyini ortaya qoyur, əli yalın  öz haqları və hüquqları uğrunda mübarizə aparır. Görünəni də budur ki, bu mübarizə İran fars rejiminin çökməsinə qədər davam edəcək.

Oxu.az - Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə  edib? – SİYAHI

Fəzail Ağamalı 

Təbii ki, bu hadisələrində içərisində güneyli soydaşlarımız da yer alır. Onlar təkcə fundamental hüquqlarından məhrum deyillər, eyni zamanda, milli hüquqlarını da ala bilmirlər. Belə ki, məlum olduğu kimi, güneyli soydaşlarımızın ana dilində məktəbi, qəzet və dərgisi yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dilinin orada ədəbi komponentləri itirilib, məişət dili səviyyəsinə endirilib.

Daha bir məsələ - Cənubi Azərbaycanın bir incisi olan Urmiya gölü qurudulur. Əlbəttə ki, bu məqsədli şəkildə edilir. Məqsəd oradakı soydaşlarımızın başqa yerlərə köçürülməsi, deportasiya edilməsi, oranın əhalisinin fars və digər xalqların əhalisi ilə əvəz edilməsidir. Belə bir durumda  güneyi soydaşlarmız öz haqlarını qorumaq, təmin etmək üçün artıq ciddi  mübarizənin içərisindədirlər və əvvəlki illərdən nəticə çıxaraq, daha təmkinli, daha düşünülmüş, daha sistemli şəkildə mübarizələrinin ortaya qoyurlar. Hədəf - milli hüquqlara söykənən müstəqil dövlətin yaradılmasıdır. Müşahidə də edirik ki, səslənən şüarlarda müstəqil dövlət yaratmaq fikirləri əks olunur".

Fəzail Ağamalı bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin güneyli soydaşlarımızın hüquq və azadlıqları haqqında üç platformada söyləmiş olduğu fikirlər, birmənalı şəkildə dövlətimizin cənublu soydaşlarımızın yanında olmasını deməsi milli-azadlıq hərəkatının mübarizəsinə ciddi təsir göstərməkdədir: “Müşahidələrimizə əsasən deyə bilərəm ki, soydaşlarımızın əvvəlki illərdən fərqli olaraq  indiki hədəfi milli hökumətin yaradılması hədəfdir və əlbəttə buna nail olacaqlarına heç şübhəm yoxdur”.

Müsahibimiz bu xüsusda hesab edir ki, dünyadakı ən nüfuzlu insan haqlarını qoruyan təşkilatlar, qurumlar İranda insanlığa qarşı edilən vəhşiliyi dəyərləndirməli, bu rejimə qarşı daha ciddi sanksiyalar tətbiq etməlidir: “İran rejimi öz ölümünü görərək, daha da aqressivləşir, etirazçılara daha ağır işgəncələr verməklə vəziyyətdən çıxmağa çalışır. Lakin bu mümkün deyil. Adətən bu cür quruluşlar son ana, ölümümün baş verdiyi vaxta qədər  müqavimət göstərməyə çalışır. Ona görə də dünyadakı insan hüquqlarını qoruyan, müdafiə edən ən nüfuzlu beynəlxalq təşkilatlar indidən lazımi addımlar atmalı, İrana qarşı daha sərt sanksiyalar tətbiq etməlidir. Həmçinin Azərbaycan beynəlxalq platformalarda güneyli soydaşlarımızın haqq işini qaldırmalı, o cümlədən BMT-dəki nümayəndəmiz bu məsələni gündəmə gətirməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR