İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycan fəallarının məhkəməsi: 75 İl həbs cəzası  

Güney Azərbaycan fəallarının məhkəməsi 17 oktyabr 2024-cü il çərşənbə günü Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində, hakim Səlvatinin sədrliyi ilə keçirilib.

Musavat.com Azərbaycan Milli Dirəniş Təşkilatının xəbər kanalı olan Araz News Telegram kanalına istinadla xəbər verir ki, fəallar 8 ay müddətində Evin həbsxanasında istintaq altında saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə prosesində fəallar “daxili təhlükəsizliyə qarşı cinayət törətmək üçün birləşmə” və “İran İslam Respublikası quruluşuna qarşı təbliğat” ittihamları ilə təqsirli bilinərək, ümumilikdə 75 il həbs cəzasına məhkum edildilər. Hökmə əsasən:

• Hüseyn Piri – 5 il
• Əbdüləziz Əzimi Qədim – 6 il
• Araz Aman, Baqir Hacızadə və Ayaz Seyfxah – hər biri 13 il
• Kamal Nuri – 3 il
• Tahir Nəqəvi – 6 il
• Mürtəza Pərvin – 6 il
• Salar Tahirafşar – 5 il
• Vədud Əsədi – 4 il 6 ay həbs cəzası almışlar.

Məhkəmədə Səid Minayi və Aydin Məhəmmədinin hökmləri hələ də elan edilməyib.

Fəallar 5-6 fevral 2024-cü il tarixlərində Güney Azərbaycanın müxtəlif şəhərlərində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasına aparılmışdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR