İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülənin ölüm xəbərini oxuyan aparıcı diqqət çəkdi - Hamını bir sual maraqlandırdı: Təsadüf, yoxsa...?

"Ömrünü Türkiyə Cumhuriyyətinə sui-qəsdə həsr edən vətən xaini, din düşməni, terrorçu Fətullah Gülən öldü. Yaxşı biri kimi tanımırdıq, haqqımız haram olsun"

Milli.Az haberler-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin dövlət televiziyası olan TRT-nin efirində aparıcı Oya Eren Özkan deyib.

Ötən gün Fətullah Gülənin Pensilvaniyadakı xəstəxanada ölməsi xəbərini son dəqiqə xəbəri kimi açıqlayan aparıcının geyimi diqqət çəkib.

Belə ki, 15 iyul çevriliş mətnini oxuyan aparıcı Tijen Karaşın geyimi ilə onun ölüm xəbərini oxuyan aparıcının geyimlərinin eyni rəngdə olması müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə müzakirələr zamanı istifədiçilərin bəziləri bunu təsadüf adlandırsalar da, bəziləri aparıcının qəsdən belə geyindiyini qeyd ediblər.

Tijen Karataş hazırda nə işlə məşğuldur?

Tijen Karaş 1975-ci ildə Ankarada anadan olmuş məşhur türk televiziya spikeri və aparıcısıdır. O, uzun illər TRT-də çalışıb və müxtəlif mədəniyyət, sənət və xəbər proqramlarını aparıb. 2016-cı il 15 iyul tarixində baş verən dövlət çevrilişi cəhdində silah gücü ilə çevriliş bəyanatını oxumağa məcbur edildikdən sonra daha da tanınıb. Bu hadisə onun karyerasına ciddi təsir göstərib.

Hazırda Tijen Karaş televiziya işindən ayrılaraq şəxsi inkişaf sahəsinə yönəlib. O, "topluluk önündə danışmaq", "nitq sənəti" və "ünsiyyət bacarıqları" üzrə təlimlər keçir və gənclərə bu sahələrdə təcrübə qazanmaqda kömək edir. Bundan əlavə, o, seminar və fərdi inkişaf tədbirlərində iştirak edir və mühazirələr oxuyur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR