İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü qasırğa yüz minlərlə insanı təhdid edir

“Otis” qasırğası Meksikanın cənub sahillərindəki kurort şəhəri Akapulko yaxınlığında yerə enib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hazırda qasırğa kurort zonalarını və balıqçı kəndlərini, həmçinin Akapulko şəhərini (Gerrero ştatı), ümumilikdə 852 mindən çox sakini təhdid edir. Meksika prezidenti Andrés Manuel Lopez Obrador ştat sakinlərini mümkünsə təxliyə olunmağa, həmçinin çay və dərələrdən uzaq durmağa çağırıb. Təhdid altında olan bölgələrdən bir çox insanlar Akapulkodakı müvəqqəti sığınacaqlara və Tecpan de Galeana bələdiyyəsinə təxliyə edilib.

Meksikanı vurmazdan əvvəl “Otis” qasırğası Saffir-Simpson külək şkalası üzrə 5-ci kateqoriyaya qədər güclənib.

Qasırğa materikə çatanda küləyin maksimal sürəti saniyədə 73 metrə çatıb. Sinoptiklər “Otis”in rekord yağışlar və güclü küləklər gətirdiyini, bunun ardınca dağlıq ərazilərdə daşqınlar və sürüşmələrin "kabus ssenarisi" ola biləcəyini söyləyiblər.

Cümə axşamı, oktyabrın 26-da Gererro və Oaxaka şəhərinin sahilyanı ərazilərində 20 ilə 40 santimetr arasında yağış yağacağı gözlənilir. Yağıntının maksimal miqdarı 50 santimetr təşkil edəcək. Sinoptiklər bildirmişdilər ki, “Otis” Meksikanın cənub sahillərində qeydə alınmış ən güclü qasırğadır.

Bundan əvvəl Meksikaya “Lidiya” qasırğasının gəlişindən sonra leysan yağışlar yağmışdı və bu, irimiqyaslı daşqınlara səbəb olmuşdu. Qasırğa onlarla ağacı yıxıb, evlərin damını uçurub. Çaylar məcralarında çıxıb, avtomobillər yarıya qədər suyun içində qalıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR