İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü külək əsəcək, leysan olacaq - PROQNOZ

İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR