İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Sankt-Peterburqda: Putin-Əliyev-Paşinyan görüşündə nələr olacaq? CANLI

Dekabrın 25-dən Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqdadır. Nəhayət ki, Nikol getmək qərarına gəldi. Onun səfər edəcəyi ilə bağlı gözləntilər var idi, amma rəsmi İrəvan dəqiqləşdirmirdi. KTMT toplantılarını boykot edən və “Putin NATO”suna ittihamları gücləndirən Ermənistan hökumətinin başçısı Sankt-Peterburq sammitlərindən imtina edə bilmədi.

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq: Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamalıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur. Liderlərin üçlü görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Avrasiya İqtisadi İttifaqının iclasında, sabah isə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək. Ermənistanın “Xalqın səsi” ekspert klubunun üzvü, politoloq Arman Qukasyan bununla bağlı fikirlərini paylaşıb. Onun iddiasına əsasən, son vaxtlar Ermənistan-Rusiya münasibətləri ətrafında saxta informasiya axınları fəal şəkildə yayılır və belə bir fon yaradılır ki, guya Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Rusiyaya qarşı mənfi mövqedədir. “Əslində vəziyyət açıq-aşkar şişirdilib və əhali arasında bizim ikitərəfli əlaqələrimizi dəstəkləyən çoxlu insanlar var”, - deyə Qukasyan qeyd edib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını politoloq Vaqif Hüseyn cavablandırır.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR