İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilməz açıqlama: “Türkiyə bizdən verə bilməyəcəyimiz şeylər istəyir”

İsveçin baş naziri Ulf Kristersson Türkiyənin NATO üzvlüyü ilə bağlı bütün tələblərini yerinə yetirə bilməyəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Kristersson Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı onlardan verə bilməyəcəyi şeyləri istədiyini deyib

Baş nazir İsveçin NATO üzvlüyünün Türkiyənin əlində olduğuna da diqqət çəkib:

“Türkiyə üçtərəfli anlaşma çərçivəsində etdiklərimizi təsdiqləyir, amma bizim verə bilməyəcəyimiz və vermək istəmədiyimiz şeyləri istəyir. Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik”.

Kristersson onu da deyib ki, Türkiyə parlamentinin İsveçin NATO-ya qəbulu ilə bağlı nə vaxt səsvermə keçirəcəyini bilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR