İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik salonunda işləyən Xəyalə MİDA evləri sata bilərdi? - 9 nəfər aldadılıb

Bakıda vətəndaşlara sosial evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Onlar külli miqdarda dələduzluqda ittiham olunurlar.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyalə Əliyeva 8 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən, ev dustaqlığında olan Arzu Nağıyeva isə şərti cəza alıb.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Onlar Yasamalda MİDA-nın evlərindən güzəştli mənzillər almaq adı ilə müxtəlif məbləğlərdə pul veriliblər. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərər 154 min manat olaraq müəyyən edilib.

Həbs edilən Xəyalə Əliyeva daha əvvəl də dələduzluqda ittiham olunaraq cəza alıb. Son olaraq isə gözəllik salonu işlədirmiş. Aldatdığı şəxslərin bəzilərini də müştəri kimi oradan tanıyıb.

İstintaqla müəyyən edilib ki, işin əsas hissəsini Xəyalə görüb. Arzu ona müştəri tapdığı üçün faiz alıbmış. Arzu ev alqı-satqısı ilə məşğul olub.

Arzunun dediyinə görə, Xəyalədən pul almayıb. Onun sözlərinə görə, zərərçəkmişlərlə Xəyaləni tanış etməkdə məqsədi gələcəkdə özü üçün də MİDA-dan ev almaq olub. Xəyalə ona bu işdə kömək edəcəyini vəd edibmiş.

İstintaq zamanı zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilməyib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR