İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik salonuna girən oğru şoka düşdü - VİDEO

Amerikanın Atlanta şəhərində bir kişi gözəllik salonunu qarət etmək istəsə də, onun cəhdi başlamadan bitib.

Musavat.com lent.az-a istinadən bildirir ki, oğru salona daxil olduqdan sonra hər kəsə "Hamı yerə!", və "Bütün pulları mənə verin!" deyə səslənib.

Ancaq salonda olan işçilər və müştərilər soyğunçuya heç bir reaksiya verməyib.

Soyğunçu bir müddət tələblərini təkrarlamağa davam edib. Heç kəsin ona məhəl qoymadığını və artıq şansın qalmadığını görüb, bir qadından yalnız mobil telefonunu alaraq binanı tərk edib.

Təhlükəsizlik kamerasının görüntülərindən də göründüyü kimi hər şey cəmi 30 saniyə davam edib. Hazırda Atlanta polisi uğursuz oğrunu axtarır və ictimaiyyətdən gümüş rəngli avtomobillə hadisə yerini tərk etdiyi iddia edilən adamın şəxsiyyətini müəyyənləşdirməyə kömək etməyi xahiş edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR