İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin təyyarəsi ilə ƏLAQƏ KƏSİLDİ – 49 nəfərin HAMISI ÖLDÜ

Rusiyada qəzaya uğrayan təyyarədə olan 43 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb 

Musavat.com xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

***

Rusiyanın Amur bölgəsində “An-24” tipli təyyarə ilə radar əlaqəsi itib.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə uçan təyyarədə 46 nəfər olduğu və Tında hava limanından bir neçə kilometr aralıda radarlardan itdiyi bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) hadisəni təsdiqləyib. Xilasedicilər artıq Tındinski rayonuna göndərilib, axtarış-xilasetmə əməliyyatı davam edir.

“An-24” əsasən regional uçuşlar üçün istifadə olunan turbovint təyyarədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR