İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya Avropa zərbəsi – 4,5 milyard əvəzinə cəmi 3 milyard avro ayrılır

Avropa İttifaqı Ukraynaya maliyyə yardımını kəsir.

Musavat.com xəbər verir ki, bu barədə “Ukraine Facility” adlı yardım mexanizmi çərçivəsində növbəti – bu il üzrə dördüncü tranşın məbləğinin azaldılması ilə bağlı rəsmi açıqlama verilib.

Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye bildirib ki, Ukrayna iyun ayında təqdim etdiyi maliyyə sorğusuna tam cavab ala bilməyəcək, çünki 16 vəd edilmiş islahatın yalnız 13-ü yerinə yetirilib, 3 islahat isə hələ də icra olunmayıb.

Bu səbəbdən Kiyevə bu mərhələdə 4,5 milyard əvəzinə yalnız 3,05 milyard avro ödənilməsi təklif olunur.

Qeyd edək ki, "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro yardım nəzərdə tutulur. Lakin bu vəsaitin tam əldə olunması üçün ölkə 12 ay ərzində bütün qanunvericilik dəyişikliklərini qəbul etməli və öhdəliklərini yerinə yetirməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR