Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın nüfuzlu “The Spectator” nəşri Ukrayna prezidenti Volodimir Zelenskinin son qərarlarını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, məqalədə qeyd olunur ki, prezident Zelenski öz reputasiyasına bərpaolunmaz zərbə vurub, çünki artıq o, xalqın qeyd-şərtsiz dəstəyinə arxayınlaşıb və bu səbəbdən sərhədi aşıb.
Nəşr yazır ki, Zelenski antikorrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran qanunu imzalayarkən əmin idi ki, Ukrayna cəmiyyəti buna göz yumacaq. Lakin bu qərar ölkədə kütləvi narazılığa və etiraz dalğasına səbəb olub.
“The Spectator” bildirir ki, Zelenskinin xalqın tələblərinə qulaq asaraq geri addım atması doğru qərar olsa da, onun həm daxildə, həm də beynəlxalq aləmdəki imicinə dəyən zərərin artıq geri dönməz ola biləcəyi vurğulanır.
Xatırladaq ki, Zelenski bu günə qədər antikorrupsiya və islahatlar sahəsindəki siyasəti ilə Qərbin dəstəyini qazanmışdı.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ