Onlayn ictimai-siyasi qəzet
Vasya Bandit ləqəbli “qanuni oğru” İqor Kokunov həbsxanada insult keçirib.
İylun 24-də kriminal avtoritetin səhhəti qəfil pisləşib, ona təcili yardım çağırılıb və o, Moskva klinikalarından birinin reanimasiya şöbəsinə aparılıb.
Kokunovun vəziyyətini sabitləşdirmək mümkün olub və artıq bu gün, iyulun 25-də o yenidən istintaq təcridxanasına qaytarılıb.
Həkimlər onun beynində xroniki işemiya (qan dövranının pozulması) aşkar ediblər. Bundan əlavə, Kokunovun ayaq damarlarında problemlər və böyrəklərində də ciddi pozuntular müəyyən edilib.
Vasya Bandit adı ilə tanınan İqor Kokunov kriminal dairələrdə əfsanəvi şəxsiyyət hesab olunur. Onu “köhnə məktəb”in “qanuni oğru”larından hesab edirlər. O, uşaq yaşlarından etibarən cinayət aləminin qayda və ənənələrinə sadiq qalaraq yaşayıb.
2022-ci ildə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda şübhəli bilinərək saxlanıldıqdan sonra Vasya Bandit ev dustaqlığından qaçmağı bacarıb. O, naməlum yollarla Avropaya gizli şəkildə keçib. Lakin 2024-cü ildə Monteneqro ilə Albaniya arasındakı sərhədi qeyri-qanuni yolla keçərkən saxlanılıb və Rusiyaya ekstradisiya edilib.//Lent.az
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ