Onlayn ictimai-siyasi qəzet
Rusiyanın istifadə etdiyi “Şahed” kamikadze dronlar daha da təkmilləşdirilib. Artıq bu dronlar hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün mürəkkəb manevrlər etməyi bacarırlar.
Musavat.com xəbər verir ki, bu barədə hərbi ekspert Sergey Beskrestnov açıqlama verib.
Ekspertin sözlərinə görə, “Şahed”lər uçuş zamanı müxtəlif yayınma manevrlərindən istifadə edirlər. Bu isə onların əvvəlki dövrlərdə effektli olan Ukrayna hava hücumundan müdafiə sistemlərinə qarşı daha dayanıqlı olmasına şərait yaradır.
Beskrestnov qeyd edib ki, Rusiya ordusu bu cür əks-taktikaların tətbiqinə əvvəlcədən hazırlaşıb. Onun fikrincə, Ukrayna tərəfi də artıq bu yeniliyə cavab verəcək texnoloji həllər üzərində işləməyə başlayıb.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ