İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçə qubernatorundan TƏCİLİ: Azərbaycan QOŞUNLARINI çıxaracağıq! Polkovniklə CANLI

Növbəti mərhələdə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası asan olmayacaq. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Ermənistandan verilən son təxribatçı açıqlamaya diqqət çəkib: “Göyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq.

Bu blefdir. Sərkisyan Azərbaycan qoşunlarının həmin ərazilərdən geri çəkilməsinin vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına yaxalanıb və qeyd edib ki, bu halda güc variantından istifadə edilə bilər, ancaq bu, son variantdır.

Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb. Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətini bərpa etdiyi strateji yüksəklikləri tərk etməyəcək.

Ermənistan Baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri almaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır. Bu, ona və ölkəsinə baha başa gələr. Paşinyan bunun fərqindədir, elə ona görə də bu mövzuda açıqlama vermir. Erməni qubernatorun açıqlaması həm də ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu, gözlənilən idi”.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.

https://www.facebook.com/NewMusavat

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR