İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda DƏHŞƏT: yaralılar var

Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ-2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR