Onlayn ictimai-siyasi qəzet
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Musavat.com "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Pərvanə Yolçuyeva və onun anası 1966-cı il təvəllüdlü Siyatel Əliyeva bıçaqlanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ