İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrük İdarəsinin rəisinə birbaşa müraciət edə bilərsiniz - YENİLİK

Bakı Baş Gömrük İdarəsində Vətəndaşlara Xidmət Mərkəzi yaradılıb.

Musavat.com-un xəbərinə görə, Vətəndaşlara xidmətin təşkili şöbəsinin rəisi Nurlan Hüseynli jurnalistlərə açıqlamasında bildirib ki, xidmət yeni fəaliyyətə başlayıb.

Şöbə rəisi qeyd edib ki, mərkəz ilkin olaraq pilot qaydada fəaliyyət göstərib:

"Qazanılmış uğurlara uyğun olaraq xidmət idarənin müvafiq struktur bölməsi olaraq fəaliyyət göstərir. Artıq 50 minə yaxın vətəndaşın müraciətinə baxılıb. Vətəndaş məmnunluğunun təmin edilməsi üçün əvvəllər fiziki qaydada edilmiş müraciətlər təhlil edilib və elektronlaşdırılıb. Vətəndaşlar müraciətləri istədikləri məkandan bizə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşların şikayət və təkliflərini birbaşa idarə rəisinə ünvanlaması üçün yenilik olaraq mərkəzdə QR kod tətbiqi istifadəyə verilib. Bu da vətəndaş-məmur münasibətinin tənzimlənməsi üçün önəmli addımdır. Hər bir müraciət qeydə alınıb. 92 faiz məmnunluq sorğusu əldə edilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR