Onlayn ictimai-siyasi qəzet
Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb.
Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.
Gəncin mal-qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan, onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aparılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ