İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli işbirliyi üzə çıxdı - O ölkə də HƏMAS-ı silahlandırırmış

Pxenyanın qruplaşmaya silah satdığını inkar etməsinə baxmayaraq, HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı Şimali Koreya silahlarından istifadə edib.

Bu barədə “Associated Press” döyüş meydanında ələ keçirilən silahların təhlil olunduğunu bildirib.

Təhlil Cənubi Koreya hərbi kəşfiyyatı tərəfindən aparılıb. Sübutlar HƏMAS döyüşçülərinin hücumda Şimali Koreya istehsalı F-7 reaktiv qumbaraatandan istifadə etdiklərini göstərir.

Agentlik yazır ki, sübutlar sanksiyalara məruz qalan Şimali Koreyanın silah proqramlarını maliyyələşdirmək üçün istifadə etdiyi qeyri-qanuni silah daşınmasının qaranlıq dünyasına işıq saçır.

Hərbi ekspert Yenzen Cons agentliyə deyib ki, F-7-lərin Qəzza ilə yanaşı, Suriya, İraq və Livanda istifadəsi də sənədləşdirilib.

“Şimali Koreya uzun müddətdir Fələstin silahlı qruplaşmalarını dəstəkləyir. Şimali Koreya silahları əvvəllər qadağan olunmuş təchizatlar arasında sənədləşdirilib”, - ekspert bildirb

Hərbi ekspert Matt Şröder Şimali Koreyanın uzun müddətdir HƏMAS-ı döyüş başlıqları və yüngül silahlarla təchiz etdiyini söyləyib:

“HƏMAS-da Şimali Koreya silahlarını görmək təəccüblü deyil”./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR