İnsanlara hürriyət, millətlərə istiqlal!

Ginekoloqdan SOS: "Bacı-qardaş evlilikləri artır, belə getsə..." - VİDEO

Son illərdə süni mayalanma bütün dünyada və o cümlədən Azərbaycanda geniş yayılıb. Artıq 21 ildir ölkəmizdə də tətbiq edilən bu üsul saysız-hesabsız ailəyə övlad sahibi olmaq imkanı qazandırıb. Lakin hazırda süni mayalanma və donorluq prosesləri ilə bağlı  dəhşətli faktlar, ciddi təhlükələr meydana çıxıb. Belə ki, eyni donordan bir çox hallarda onlarla ailə istifadə edir. Bu o deməkdir ki, bu ailələrdə bir-birindən xəbərsiz bacı qardaşlar böyüyür. Donorun kimliyini bəzən ailələr öyrənmək istəmir.

İşsiz gənclər var ki, asan qazanc mənbəyi bilib, öz donorlarını satırlar. Bir donorun 10 gün içində bir neçə uşağa “bioloji valideyn” olması sosial və psixoloji baxımdan nə qədər təhlükəlidir?

Ümumiyyətlə, donor proseslərində uşaqların sonradan bir-birini tanımadan ailə qurması riski nəzərə alınırmı? Hər hansı genetik reyestr varmı?

Cərrah-ginekoloq Rəşad Sultan "TV Müsavat"ın qonağı  olub, mövzu ilə bağlı sualları cavablandırıb, problemlə bağlı bir sıra faktları ortaya çıxarıb.

Musavat.com həmin videomaterialı təqdim edir:



Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR