İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik PİK HƏDDƏ: 42 hərbi gəmi hərəkətə keçdi - İLK GÖRÜNTÜLƏR

ABŞ-ın Cənub-Şərqi Asiya ölkələrində hərbi mövcudluğunu genişləndirmək planlarına reaksiya verən Çin hər gün yeni çağırışla gündəmə gəlir. Son zamanlar bütün diqqətlər ABŞ-Çin-Tayvan gərginliyinə yönəlib.

Musavat.com xəbər verir ki, bu dəfə Sakit okeanda gərginliyi artıran açıqlama Filippindən gəlib.

Filippin Sahil Mühafizəsi ötən şənbə günü elan edib ki, Çin donanmasına aid 42 gəmi Filippinin istifadəsində və mübahisəli Titu adasının ətrafında görünüb.

64085e30c03c0e0b6822047d.jpg (54 KB)

Sahil Mühafizəsinin sözçüsü admiral Cey Tarriela gəmilərin hələ də bölgədə olduğunu bildirib və bunun təcavüz olduğunu vurğulayıb.

"Gəmilərin icazəsiz mövcudluğu Filippinin ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır", - rəsmi bəyanatda deyilir.

Titu adası Filippinin Cənubi Çin dənizindəki ən böyük və strateji əhəmiyyətli forpostu hesab olunur. Çin Spratli adalarının ikinci ən böyük adası olan Tituda haqq iddia etsə də, Filippin, Vyetnam və Tayvan bu vəziyyətə qarşı çıxır. Filippin prezidenti Ferdinand Markos Çinin "təcavüzkar fəaliyyətini" pisləyib və Filippinin "bir qarış torpağını da itirməyəcəyini" vurğulayıb.

64085e3ac03c0e0b6822047f.jpg (31 KB)

Məsələ ilə bağlı Çinin Manila səfiri nazirliyə çağırılıb və xəbərdarlıq edilib.

Filippin rəsmiləri Çinə məxsus hərbi gəmilərin görüntülərini paylaşıb. Gərginliyi daha da artıran bu addımdan sonra ABŞ və Filippin Çini qəzəbləndirəcək bir açıqlama verib: "ABŞ qoşunları beş yerli bazadan əlavə, daha dörd hərbi düşərgəyə çıxış əldə edəcək".

Qərb dövlətlərinin Çini Rusiyaya dəstək verməkdə ittiham etdiyi günlərdə Filippinin paylaşdığı görüntülər böyük əks-səda doğurub. Hərbi ekspertlər ABŞ-ın bölgədə mövcudluğunun Çin üçün əngəl törədəcəyi qənaətindədirlər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR