İnsanlara hürriyət, millətlərə istiqlal!

Geqamyan: “Türk dünyasının birləşməsi üçün tarixi şans yaranıb”  

 
“Türkiyədə Zəngəzur dəhlizi mövzusu getdikcə ictimai gündəmin ən vacib hissəsinə çevrilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan yazıb.

“Müxalifət partiyalarının da bu mövzunu aktiv şəkildə işıqlandırmağa başlaması bunu sübut edir.

Belə ki, müxalif “İYİ” partiyasının lideri Meral Akşener bu yaxınlarda partiya toplantısında dəhliz barədə danışıb və bu sözləri işlədib:

“Azərbaycanla Türkiyə arasında birbaşa və maneəsiz əlaqə yaranacaq və beləliklə, Zəngəzur dəhlizinin açılması sayəsində türk dünyasının birləşməsi istiqamətində tarixi addım atılacaq”.

“Zəngəzur dəhlizi” hazırda bütün Yaxın Şərqin ən mühüm problemlərindən biridir və onun istənilən həlli bütün regiona təsir edəcək. Türkiyə üçün isə bu, “Türk dünyasının birləşməsi” – pantürkizmin həyata keçirilməsi üçün tarixi şansdır. Məhz buna görə də Türkiyənin siyasi platforması dəhlizin açılması zərurətindən danışır”,-deyə erməni ekspert vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR