İnsanlara hürriyət, millətlərə istiqlal!

General Yücel Karaüz: "Bu, Türkiyəni, Azərbaycanı və 300 milyonluq türk dünyasını yıxmaq üçün 5-ci kolonun..."

“Saqqalımızı qırxmadıq, acımız təzədir. Ölülərimizi tapıb, dəfn etmədik, hələ yasdayıq”. Bu sözləri hazırda TV Müsavatın efirində yayımlanan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz deyib.

Musavat.com xəbər verir ki, general hazırda Türkiyə və Azərbaycana qarşı olan qüvvələr sistemli şəkildə birləşiblər: “Bunun indi bir siyasi müzakirə predmetinə çevrilməsi Türkiyə və Azərbaycanı birgə yıxmaq üçün beşinci kolonların apardığı fəaliyyətdir. Yəni, düyməyə eyni vaxtda həm Türkiyə, həm Azərbaycan, həm də başqa yerlərdə basırlar. Dolayısı ilə mövzu sadəcə Türkiyə deyil. Çünki tarixin ən üst nöqtəsinə gələn Azərbaycan-Türkiyə birliyi, Şuşa bəyannaməsi ilə daha da möhkəmlənən yumruğu möhkəmlətmək, o yumruğu aşağı çəkmək istəyirlər. Çünki Türkiyə yıxıldığı təqdirdə eyni şey Azərbaycanda da olacaq. Dolayısı ilə biz buna böyük rakursdan yanaşdığımız zaman Türkiyə iqtidarının üzərinə yüklənilməsini qəbul etmirəm”.

Y.Karaüz eyni zamanda bildirib ki, Türkiyə bu yaralarını sağaldacaq. Amma Qarabağın, milli mövzuların, zəlzələnin siyasəti olmaz: “Göründüyündən daha ağır rəqəmlərlə qarşı-qarşıya qala bilərik. Bunun aradan qaldırılması zaman ala bilər. Seçkilərlə bağlı fikrim odur ki, 14 mayda seçkilərin olması çətin görünür. Normal zamanında ola biləcək. 12 min bina, 60 minə yaxın ev dağılıbsa, mənzərə fərqli ola bilər. Türkiyə yüz ildir demokratiya ilə idarə olunan bir ölkədir. Bu problemləri də aşacaq. Amma xatırlatmalıyam ki, Türkiyə cümhuriyyətinin qurtuluş savaşından etibarən 100 illik dönəmdə qarşılaşdığı ən böyük fəlakət və zorlu durumdur”.

 

Verilişin tam versiyası:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR