İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə sərnişin avtobusu aşıb - FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşdığı bildirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhərdaxili sərnişin daşınması ilə məşğul olan avtobusun aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktıa bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR