İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə polisi avtomobillərin ban nömrəsinə müdaxilə edən dəstənin izinə düşüb  

 

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Fitstar Herbal Producst" MMC-yə məxsus olan "Mersedes Benz Vito" markalı,  “77 AE 649” dövlət nömrə nişanlı  avtomobil müəyyən edilərək saxlanılıb.

Avtomobil avtotexniki ekspertizadan keçirilməsi üçün cərimə meydançasına aparılıb. Şirkət rəsmisi Firdovsi Əliyev Musavat.com-a bildirib ki, daxili işlər naziri cənab Vilayət Eyvazova müraciətlərinə operativ reaksiya verilib: "Avtomobil aylardır ki, Goranboy sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən mənimsənilmişdi.

Şirkət olaraq hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra avtomobilin nömrə nişanlarını dəyişməklə,  “20 EU 594” nömrə nişanı bağlamaqla idarə etməyə başlanıb. Bununla bağlı DİN rəhbərliyinə müraciət etdik. Cənab nazirə təşəkkür edirik ki, müraciətimizə dərhal reaksiya verildi. BDYPİ avtomobili Gəncə şəhərində aşkarlayıb saxladı, dərhal Gəncə YPX əməkdaşları avtomobili duracağa qoyulmasını təmin etdilər. Gəncə Şəhər Baş Polis İdarəsi Təhqiqat Şöbəsinin rəisinin göstərişinə əsasən avtomobilə baxış keçirildi".

Şirkət rəsmisi bildirib ki,  avtomobilə baxış keçirilərkən ban nömrəsinə müdaxilə olunması hal şahidlərinin iştirakı ilə təsdiqlənib:

"Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm ki, böyük bir cinayətin üstünün açılmasını təmin etdilər".

Şirkət rəsmisi əlavə edib ki, hazırda avtomobilin   məhkəmə avtotexniki ekspertizası da təyin olunub.

“Xahişimiz odur ki, məsələ yenə də diqqətdə saxlanılısın. Avtomobilin şirkətə qaytarılması üçün kömək edilməsini xahiş edirik”.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR