Onlayn ictimai-siyasi qəzet
Müğənni Samirə Rəcəbli yeni klipi ilə diqqətləri üzərinə çəkib.
"Sildim atdım" mahnısı üçün ifaçı rejissor Nail Naiboğlu ilə çalışıb. Bəstənin sözləri Tural Bağırzadə, Zaur Ələkbərov, musiqsi Tural Bağırzadəyə aiddir.
Ekran işindəki maraqlı məqam isə odur ki, sənətçi burada şəxsi həyatına toxunub. Samirə bildirib ki, öz toyunda istifadə etdiyi gəlinliyini geyinib və aksessuarları taxaraq kamera qarşısına keçib.
Cəmi bir il ailəli qalan S.Rəcəbli yaşadıqları mahnıda dilə gətirib:
"Burada nikah paltarımı geyindim. Həmin şəxs məni anlamadı, dəstəkləmədi. Hər şeyi silib atdım. Burada da mərd, öz ayağı üstündə dayanan, heç nəyə peşman olmayan qadın obrazını yaratdım".
Müğənninin ekran işinin sonunda kəsdiyi fotolar da öz toyundan olan şəkillərdir.
Samirə ekran işində saç və makiyajın da özünə məxsus oldunu deyib. (Axşam.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ