Onlayn ictimai-siyasi qəzet
Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlər 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış ola bilərlər.
1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)
2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)
Qeyd 1. Ümumi bir prinsipə istinad edilərək, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlara eyni olan mövzular daxil edilmişdir (bəzi istisnalar nəzərə alınmaqla “Qeyd 4”, “Qeyd 5”).
Qeyd 2. 9-cu siniflər üçün “Ümumi tarix” və “Azərbaycan tarixi” dərsliklərinin yeni nəşrlərində bir sıra mövzuların adları dərsliklərin əvvəlki nəşrləri ilə eynilik təşkil etsə də, məzmunda fərqlər var. Bunlar nəzərə alınaraq, imtahanlarda həmin mövzulara aid üst-üstə düşən məlumatlardan istifadə ediləcək (Azərbaycan və rus dillərində).
Qeyd 3. “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna dair materialla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq olar.
Qeyd 4. Ötən tədris ilindən ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Qeyd 5. Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7-ci, coğrafiya fənnindən isə 6-cı siniflərdə istifadəyə verilmiş dərsliklər yeni kurikulum əsasında hazırlanmışdır. Bu dərsliklər məzmun, yeni terminlərin verilməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Bunlar nəzərə alınaraq, qəbul proqramlarında həmin siniflərə aid mövzuların materiallarında dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar.
Qeyd 6. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək.
Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.
Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.
Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.
Qeyd 9. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (М. Физули. Газель “Я скован, я пленён…”, М.П. Вагиф. Гошма “Байрам”, М.Ш. Вазех. Стихотворение “Высокая ростом, стройная телом …”, Х.Натаван. "Фиалка", С. Вургун. Гошма “Горы”, М.Дж. Пашаев. Рассказы “Правила приличия”, “Сирота”, М. Мушфиг. Стихотворение “Мама”, Р. Рза. Стихотворение “Карабах”, Н. Рафибейли. Стихотворение “Утро”, Г. Аббасзаде. Рассказ “Чужие” (из цикла “Той победной весной”), Б. Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса…”, С. Рустамханлы. Отрывок из поэмы “Возвращение в Карабах”, Г.Р. Державин. Ода “Властителям и судиям”, А.С. Пушкин. Повесть “Капитанская дочка”, стихотворения “К Чаадаеву”, “К**” (“Я помню чудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение “Не то, что мните вы, природа…”, М.Ю. Лермонтов. Стихотворения “Бородино”, “К” (Я не унижусь пред тобою…), “Родина”, поэма “Беглец”, И.С. Тургенев “Русский язык”, Л.Н. Толстой. Рассказ “Кавказский пленник”, А.А. Блок. Стихотворение “О, я хочу безумно жить…”, С.А. Есенин. Стихотворение “Отговорила роща золотая…”, В.В. Маяковский. Стихотворение “Необычайное приключение…”, А.А. Ахматова. Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”, О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источник веселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутру просыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель “Ветер нежный, окрылённый, благовестник красоты...”, О.Генри. Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.
Qeyd 10. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ