Onlayn ictimai-siyasi qəzet
Bəzi xəstəliklər gizli şəkildə irəliləyə bilir və az simptom göstərir.
Dr. Pınar Ergin belə xəstəliklərdən biri olan xroniki böyrək çatışmazlığından danışıb.
Həkim həyat keyfiyyətini aşağı salan və ölümlə nəticələnə bilən bu xəstəliyin düşünülənin əksinə olduqca geniş yayıldığını bildirib. Xəstəliyin əlamətlərini bir-bir sadalayan mütəxəssis gecə saatlarında müşahidə edilən simptoma xüsusilə diqqət çəkib.
“Böyrəklər işləmədikdə, elektrolitlər və tullantı mayelər bədəndə toplanır və onların səviyyəsi yüksəldikcə orqanizmdə ölümcül nəticələrə səbəb ola biləcək problemlər yaranmağa başlayır”, - həkim bildirib.
Onun sözlərinə görə, həyati təhlükəsi olduğu üçün müalicəsi çətin bir xəstəlik olan xroniki böyrək çatışmazlığına nə qədər erkən diaqnoz qoyulsa, o qədər yaxşıdır.
Dr. Pınar Ergin xroniki böyrək çatışmazlığının böyrəklərin tədricən öz funksiyalarını itirdiyi uzun bir proses olduğunu vurğulayıb:
“Xəstəlik erkən mərhələdə heç bir xüsusi əlamət yaratmadığı üçün məlumatlılığı nisbətən aşağı olan xəstəliklər qrupuna daxildir.
Bununla belə, bu xəstəlik bütün dünyada ümumi və mühüm ictimai sağlamlıq probleminə çevrilib. Xəstəliyin diaqnozu üçün bəzi testlərdən və ultrasəsdən istifadə olunur. Diaqnoz qoyulduqdan sonra xəstəliyin səbəbi ətraflı analizlər və lazım olduqda böyrək biopsiyası ilə müəyyən edilir. Lakin xəstələrin təxminən 13 faizində heç bir səbəb aşkar edilmir”.
Doktor həyat keyfiyyətini aşağı salan, böyük maliyyə yükü gətirən və ölümlə nəticələnə bilən xroniki böyrək çatışmazlığının yüksək risk qrupuna kimlərin daxil olduğunu da açıqlayıb:
“Hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri, ailəsində irsi böyrək kist xəstəliyi və ya böyrək daşı xəstəliyi olanlar, piylənmədən əziyyət çəkənlər, siqaret çəkənlər buraya daxildir. Əgər xəstələr müntəzəm müayinələrdən keçərlərsə, problem hər hansı bir klinik əlamət olmadan fərq edilə bilər və beləliklə, lazımi tədbirlər görülər”.
Həkim xroniki böyrək çatışmazlığının gizli əlamətlərini belə sıralayıb:
“Zəiflik, iştahsızlıq, nəfəs darlığı, ürəkbulanma, qan təzyiqinin qeyri-sabitliyi, dərinin solğunluğu, nəfəsdə çürük alma qoxusu, ayaqlarda və göz qapaqlarında ödem, sidik miqdarının azalması, sidiyin rənginin dəyişməsi əsas əlamətlərdir”.
O, xüsusilə də gecə yatdıqdan təxminən 2 saat sonra sidiyə getmə ehtiyacı səbəbilə oyanan şəxslərə xəbərdarlıq edib. Mütəxəssis bu əlamətləri ciddi qəbul edib ən qısa zamanda həkimə müraciət etməyi məsləhət görüb. (Medicina.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ