Onlayn ictimai-siyasi qəzet
"İşim olsa da, olmasa da evə axşam 11-dən tez gəlmirəm. Uşaqlar məni görəndə yatmır. Ona görə də evə gec gəlirəm".
Bu sözləri müğənni Elvin Abdullayev "İncə səhər" verilişində deyib.
İfaçı ailəsindən, övladlarından danışıb.
Yeniliklərindən söz açan Elvin bildirib ki, avqustda da yenilik təqdim edəcək:
"Çalışıram ki, yerimi heç kimə verməyim. Ümumiyyətlə, bütün müğənnilər buna çalışır. Çünki hamı yeni nəsə gözləyir. Ona görə də tez-tez yeni mahnılar təqdim edirəm".
Əməkdar artist Elza Seyidcahanın "Meyxanaçılar gənclərin tərbiyəsini pozur" sözlərinə münasibət bildirən Abdullayev bunlarə söyləyib:
"Xalq artistləri var ki, heç onlar da sözləri düzgün oxumur. Bəzi musiqili meyxana deyən ifaçılar cəmiyyəti korlayır. Elza xanım bununla bağlı açıqlama verdi. Baxırıq ki, şərhlərdə adi izləyici belə fikrini koud bildirir. Yüz şərhdən iki, üç adam onun fikri ilə razılaşır". (Axşam.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ