Onlayn ictimai-siyasi qəzet
Yeddilik Qrupu (G7) ölkələri xarici işlər nazirlərinin bu gün İtaliyada keçiriləcək iclasında İsrailin İrana iddia edilən zərbəsi ilə bağlı vəziyyət müzakirə ediləcək.
Musavat.com xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat yayıb.
O, "X" hesabında yazıb: "Kanada Xarici İşlər rəsmiləri İranda bir gecədə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu səhər İtaliyada keçiriləcək G7 toplantısında bunu xarici işlər nazirləri ilə müzakirə edəcəyik".
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ